Azərbaycan Ordusunun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı verildi
- 28.02.2023, 08:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.
Telexeber.az xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb.
Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.
Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbuletmə bacarıqları yüksək qiymətləndirilib.