Türkiyəli seysmoloqdan xəbərdarlıq: “7,6 bal zəlzələ gözlənilir”

Türkiyənin aparıcı seysmoloqu Naci Görür İstanbulda 7,6 bal gücündə təkanların olacağı barədə proqnoz verib.

Telexeber.az xarici mediaya istinadla xəbər verir ki, Naci Görür zəlzələlərdən birinin Adalar qırağında, digərinin isə Kumburqaz sahilində gözlənildiyini bildirib:
"İstanbulda 7,2, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı verdiyimiz proqnozlara heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrarlana bilər”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində doqquz saat fərqlə 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətdən sonra yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 vilayətində və qonşu ölkələrdə hiss olunub.
Популярный ролик