Nazir naməlum şəxsi Poroşenko bilib görüntülü danışdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona zəng edən bir nəfər özünü Ukraynanın keçmiş Prezidenti Petr Poroşenko kimi təqdim edib və ondan məlumat almağa çalışıb.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, nazir həmin şəxslə əvvəlcə mesajlaşıb, sonra isə görüntülü danışıb. Daha sonra həmin şəxs nazirdən başqa birinin telefon nömrəsini istəyib və bu zaman Kemeron şübhələnib.
Məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Britaniya XİN hadisəni təsdiqləyib.
Həmin şəxsin kim olduğu və nazirin nömrəsini necə tapdığı məlum deyil.