​Aİ əməkdaşları ittifaqın Qəzza siyasətinə etiraz etdi

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının binalarının yerləşdiyi meydanda Aİ-nin əməkdaşları ittifaqın Qəzza ilə bağlı siyasətinə etiraz edərək, onları sülhə çağırıb.

Telexeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Srebrenitsa qətliamının 29-cu il dönümündə Aİ-nın 100-ə yaxın işçisi bütün dünyadakı qətliam qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Nümayişçilər bütün əsirlərin azad edilməsini və insan haqları pozuntularının qarşısının alınmasını tələb edərək Qəzzada atəşkəsin olmasını istəyib.

Etirazçılar sonda rəqs edərək “Fələstinə azadlıq” şüarını səsləndirib.
Популярный ролик