Bu ölkədə 3 nəfər meymunçiçəyinə yoluxdu

Pakistanda 3 nəfər meymunçiçəyi virusuna yoluxub.

Telexeber.az xəbər verir ki, bu barədə Pakistanın Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah məlumat verib.
O bildirib ki, virusa yoluxan insanlarda infeksiyanın yüngül simptomları var.

Ölkədə vurisun qarşısını almaq üçün tədbirlər görülür.

Qeyd edək ki, Pakistanda 2023-cü ilin aprelindən bəri 11 nəfər meymunçiçəyi virusuna yoluxub. Onlardan biri ölümlə nəticələnib.
Популярный ролик