Ermənistanla dialoqa hazırıq - KTMT Baş katibi
Facebook
Вконтакте
Одноклассники
Google+
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı həm keçmişdə, həm də bu gün bərabərhüquqlu tərəfdaş hesab edir.
Telexeber.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "Müttəfiqlər. KTMT" ictimai-siyasi nəşrinə müsahibəsində deyib.
O, KTMT-nin Rusiya, Qazaxıstan və Qırğızıstanda keçirilən birgə təlimlərində Ermənistan nümayəndələrinin iştirak etmədiyini vurğulayıb.
İmanqali Tasmaqambetov bildirib ki, lakin KTMT rəhbərliyi Ermənistanı təşkilat formatında bərabərhüquqlu tərəfdaş hesab edir:
“Biz bütün cari məsələlər üzrə İrəvandan olan həmkarlarımızla dialoqa hazırıq".