Yüzlərlə insanın ölümünə səbəb olan vulkan yenidən püskürdü
Facebook
Вконтакте
Одноклассники
Google+
İndoneziyada əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanı püskürüb.
Telexeber.az xəbər verir ki, vulkanın püskürməsindən sonra xəbərdarlıq səviyyəsi 3-ə qaldırıb. Məlumata görə, Merapi vulkanın ölkənin ən aktiv vulkanı hesab edilir. Tez-tez aktiv olan vulkan sakinlər üçün yüksək təhlükə yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb. Məlumata görə, vulkandan püskürən lava 1500 metrə qədər çata bilər. Yerli dairələr sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi ərazilərdən uzaq durmağı tövsiyə edib.
Qeyd edək ki, Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə baş verib. Təbii fəlakət nəticəsində 347 nəfər ölüb, 20 min insan təxliyə edilib.