İsrailə dronlarla hücum edildi - 67 yaralı var
Facebook
Вконтакте
Одноклассники
Google+
Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhərinə dron hücumu nəticəsində onlarla insan yaralanıb.
Telexeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru buraxılan üç drondan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.
“Hizbullah”ın pilotsuz uçuş aparatının hücumu nəticəsində təxminən 67 nəfəri yaralayıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.