İspaniya İsraillə bağlı dünyaya çağırış etdi

İspaniyanın baş naziri Pedro Sançes beynəlxalq ictimaiyyəti İsrailə silah göndərilməsini dərhal dayandırmağa çağırıb.

Telexeber.az xəbər verir ki, o bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailin baş naziri Benyamin Netanyahunun yeni regional nizamın güc tətbiqi tələbinə qarşı qətiyyətlə hərəkətə keçməsinin vaxtı çatıb. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən münaqişələr diqqətdən kənarda qalmamalı və İspaniya kimi digər ölkələr də İsrailə silah göndərişini dərhal dayandırmalıdır.

"Beynəlxalq ictimaiyyətin ayılmaq və Netanyahunun güc yolu ilə yeni regional nizamın tətbiqi tələbinə qarşı qətiyyətlə hərəkət etmək vaxtıdır", - Sançes bildirib.
Популярный ролик