Bu ölkə Ukrayna müharibəsinə qoşuldu, 15 min əsgər göndərdi - İddia

Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya təxminən 10 min əsgər göndərib.

Telexeber.az xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti belə açıqlama verib. Bəyanatda bildirilir ki, Şimal Koreya Rusiya-Ukrayna müharibəsində birbaşa iştirak etməyə başlayıb. Açıqlamada deyilir ki, təqribən 1500 Şimali Koreya əsgəri cəbhəyə göndərilməzdən əvvəl təlim keçmək üçün əvvəlcə Rusiyaya göndərilib. Rusiyaya göndərilən əsgərlərə Rusiya ordusunun forması və silahları ilə yanaşı saxta şəxsiyyət vəsiqələrinin verildiyi iddia edilib.


Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyanın müdafiə naziri Kim Yong-hyun parlamentdəki açıqlamasında, Şimali Koreyanın iki ölkə arasında imzalanan "hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi"nə uyğun olaraq, Rusiyaya dəstək olmaq üçün Ukraynaya qoşun yeridə biləcəyini bildirmişdi.
Популярный ролик