Şimali Koreya ilə Rusiya 18 ildən sonra ilki gerçəkləşdirdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya ilə Rusiya arasında 18 ildən sonra ilk dəfə keçirilən birgə texnologiya sərgisi Şimali Koreyanın paytaxtı Pxenyanda başlayıb.
Telexeber.az xəbər verir ki, 18 ildən sonra ilk dəfə təşkil edilən və rəqəmsal inkişafa yönəlmiş sərgidə təhsil müəssisələri, tədqiqat təşkilatları tərəfindən hazırlanmış ən son informasiya texnologiyaları məhsulları və elmi nailiyyətlər sərgilənib. Tədbirdə Şimali Koreyanın informasiya sənayesi naziri Cu Yonq-il və Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri üzrə nazirinin müavini Andrey Zareninin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iştirak edib. Sərgi çərçivəsində informasiya texnologiyaları və rəqəmsal inkişaflarla bağlı müxtəlif konfrans və görüşlər keçirilir.