COP17 Ermənistanda keçiriləcək
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Konvensiya Katibliyi məlumat yayıb.
Bildirilib ki, qərar hazırda Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.