İspaniyada sel 650 min ton məhsulu məhv edib
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyada başda Valensiya olmaqla ölkənin şərq və cənub bölgələrini viran qoyan sel fəlakəti 650 min ton kənd təsərrüfatı məhsulunu məhv edib.
Telexeber.az xəbər verir ki, yağışların səbəb olduğu daşqın və fırtınaların kənd təsərrüfatı sektoruna tarixi ziyan vurduğu açıqlanıb. Sel nəticəsində 25500 hektar kənd təsərrüfatı sahəsinin sıradan çıxdığı, 650 min ton ərzaq məhsulunun israf olduğu və 10 mindən çox fermerin zərər çəkdiyi bildirilib. İspaniyanın cənubunda yerləşən Əndəlus bölgəsi də daşqınlardan zərər çəkib. Bölgədə 400 hektar istixananın tamamilə məhv olduğu açıqlanıb.
Qeyd edək ki, daşqın nəticəsində ümumilikdə 227 nəfər həyatını itirib. Ən çox ölüm sayı Valensiyada qeydə alınıb. 13 nəfər isə hələ də itkin sayılır.