Şimali Koreya lideri əsgərləri müharibəyə hazır olmağa çağırdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə gərginliyin tarixdə ən pis səviyyədə olduğunu bildirib.
Telexeber.az xəbər verir ki, Kim Çen In Koreya Xalq Ordusunun paytaxt Pxenyanda keçirilən konfransında çıxış edib. O çıxışında ölkənin hərbi potensialını gücləndirməyə çağırıb. Kim Çen In Koreya yarımadasının dünyanın ən qaynar nöqtəsi olduğunu ifadə edib. Şimali Koreya lideri əsgərləri regionda başlaya biləcək real müharibəyə hazır olmağa çağırıb.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada isə Şimali Koreyanın cənuba doğru içərisində zibil olan təxminən 40 şar göndərdiyi bildirilib. Açıqlamada bu şarların təxminən yarısının paytaxt Seul və Gyeonggi əyalətinin ətrafına düşdüyü qeyd edilib.