Qalmaqallı hərbi vəziyyətə görə 4 komandir vəzifədən uzaqlaşdırıldı
Facebook
Вконтакте
Одноклассники
Google+
![](/uploads/posts/2025-01/thumbs/1517300.jpg)
Cənubi Koreyada Müdafiə Nazirliyinin nizam-intizam komitəsi qalmaqallı hərbi vəziyyətin tətbiqində şübhəli bilinən komandirlərə qarşı tədbir görüb.
Telexeber.az xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində rol oynamaqda günahlandırılan 4 yüksək rütbəli komandir vəzifəsindən azad edilib. Nazirliyin məlumatına görə, Yeo İn-hyung, Mun Sang-ho, Lee Jin-voo və Kvak Jong-keun-un vəzifələrindən uzaqlaşdırılıb.