Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə başlayır
Facebook
Вконтакте
Одноклассники
Google+

Böyük Britaniya hökuməti miqrasiya sistemindən sui-istifadənin qarşısını almaq məqsədilə yeni sərt tədbirlərə start verir.
Telexeber.az “BBC”yə istinadla xəbər verir ki, bu çərçivədə gözəllik salonları, avtoyuma məntəqələri, tikinti sahələri və restoranlar əsas hədəf olacaq. Yeni qaydalara əsasən, qeyri-qanuni miqrantları işlədən biznes sahibləri hər bir işçi üçün 60 min funt sterlinq cərimə ilə üzləşə bilər. Bundan əlavə, şirkət direktorlarının fəaliyyətləri dayandırıla, hətta beş ilə qədər həbs cəzası verilə bilər.
Yeni tədbirlərin yaxın həftələrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.