İran sülh üçün şərtini açıqladı

İsrail işğal olunmuş Livan ərazilərindən çəkilməyincə bölgədə sülh ola bilməz.

Telexeber.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu İsrail və Livan arasında əldə edilən atəşkəs razılaşması barədə belə açıqlama yayıb. İran dövlət televiziyasının məlumatına görə, bəyanatda beynəlxalq qurumların, ölkələrin və dünya xalqlarının Təl-Əviv rejiminə heç bir təsiri olmadığı, ABŞ-nin müdaxilələrinin isə yalnız İsrail tərəfindən törədilən cinayətlərin və soyqırımların artmasına səbəb olduğu qeyd edilib. Açıqlamada deyilir ki, ABŞ və Avropa ölkələrinin dəstəyinə baxmayaraq, İsrail bölgə xalqlarının rəğbətini qazana bilməyib və viran qoyulmuş torpaqlar üzərində hökmranlıq etməyə davam edir.
Bəyanatda, “Düşmən Livan xalqına qarşı hücumlarını dərhal dayandırmalı, işğal olunmuş Livan ərazilərindən beynəlxalq sərhədlərə çəkilməli və Livanın ərazi bütövlüyünü tanımalıdır”, – deyə bildirilib.
Популярный ролик