Türkiyənin 95 yaşlı milyarderinə cinayət işi açıldı

Türkiyədə 95 yaşlı milyarder Rahmi Koça cinayət işi açılıb.

Telexeber.az Türkiyə mediasına istinadla xəbər verir ki, buna səbəb iş adamının kürd qadınla bağlı etdiyi zarafat olub.
Prokurorluğun açıqlamasında qeyd olunub ki, Rahmi Koçun səsləndirdiyi ifadələr müəyyən əhali qrupuna qarşı yönəlmiş və cəmiyyət üçün alçaldıcı xarakter daşıyan fikirlər kimi qiymətləndirilib.

İstintaq orqanları iş adamının hərəkətlərini etnik mənsubiyyət, din, sosial status və cinsiyyət əlamətlərinə görə insanları ictimai şəkildə alçaltmaq kimi dəyərləndirib.
Популярный ролик