İstanbulda məşhur holdinqin binasına silahlı hücum oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyədə İstanbul şəhərinin Maltepe rayonunda "Koç" holdinqinin tərkibinə daxil olan "Otokoç" şirkətinin baş ofisinə silahlı hücum həyata keçirilib.
Telexeber.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, polis atəş açıb qaçan şəxsləri ələ keçirmək üçün əməliyyata başlayıb.
Maskalı şəxslərin hücumu zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilir. Lakin xeyli sayda güllənin şirkətin binasına zərər verdiyi qeyd edilir.