Rusiya XİN-dən Ermənistandakı seçkilərə reaksiya
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandakı parlament seçkiləri barədə açıqlama verib.
Telexeber.az xəbər verir ki, açıqlamada seçkilərin müxalifətə qarşı misli görünməmiş təzyiq və Qərbin müdaxiləsi ilə keçirildiyi bildirilib. Zaxarova seçki prosesini yaxından izlədiklərini və Ermənistan hakimiyyətinin demokratik prosedurları kobud şəkildə pozduğunu irəli sürüb. O, proses boyunca müxalifətə güclü təzyiq göstərildiyini qeyd edib və Qərb güclərinin seçkilərə birbaşa müdaxilə etdiyini vurğulayıb.
Zaxarova həmçinin Moskvanın İrəvanla münasibətlərinin gələcək istiqamətinin Ermənistan rəhbərliyinin atdığı konkret addımlardan asılı olaraq formalaşacağını bildirib.