Lavrov Zelenskinin Putinə məktubuna reaksiya verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubun dərc edilməsinə münasibət bildirib.

Telexeber.az xəbər verir ki, o, Putinə yazılmış şəxsi məktubun mətninin mediaya ötürülməsinə etiraz edib. Ukrayna ilə danışıqların mümkünlüyünə toxunan Lavrov xatırladıb ki, Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bu məsələ ilə bağlı ətraflı açıqlamalar verib. Lavrov bildirib ki, bu açıqlamalar Vladimir Zelenskinin Putinə yazdığı və daha sonra geniş şəkildə yayılan məktub nəzərə alınaraq edilib. Məktubun göndərilmə və paylaşılma tərzini tənqid edən Lavrov diplomatik protokolların pozulduğunu qeyd edib.
O, “Məktub Prezident Putinə ünvanlanıb, amma nədənsə bütün dünyaya yayılıb. Əlbəttə, nəzakətli insanlar bunu etməzlər”, - deyə bildirib.
Популярный ролик