Si Cinpin Şimali Koreyaya səfər etdi

Çin sədri Si Cinpin Şimali Koreyaya rəsmi səfər edib.

Telexeber.az xəbər verir ki, onu ölkə lideri Kim Çen In qarşılayıb. Məlumata görə, Çinin gəlişi ilə bağlı Pxenyanda rəsmi mərasim keçirilib. Kim Çen In Si Cinpini Pxenyanın Kim İr Sen meydanında rəsmi olaraq qarşılayıb. Bildirilir ki, rəsmi mərasimdə hərbi orkestr Çin və Şimali Koreyanın dövlət himnlərini səsləndirib, 21 dəfə top atışı həyata keçirilib.
Qeyd edək ki, bu, Çin sədri Si Cinpinin 7 ildən sonra Şimali Koreyaya ilk səfəridir.
Популярный ролик