Trampdan İranın hücumuna reaksiya
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında patrul xidməti göstərən “Apaçi” helikopterinin İran tərəfindən hədəfə alınmasına münasibət bildirib.
Telexeber.az xəbər verir ki, sosial media hesabında paylaşım edən Tramp ABŞ-nin bu hücuma cavab verəcəyini bildirib. Tramp açıqlamasında Hörmüz boğazında patrul xidməti göstərən Amerika “Apaçi” helikopterinin iranlılar tərəfindən vurulduğu barədə məlumat aldığını qeyd edib.
O, “Hadisə zamanı iki pilot olub. Hər ikisi sağ-salamatdır və xəsarət almayıb. Lakin ABŞ bu hücuma cavab verməyə borcludur”, - deyə bildirib.