100 milyard avroluq döyüş təyyarəsi planı ləğv edildi

Almaniya və Fransa Avropanın ən iddialı müdafiə layihələrindən biri olan 100 milyard avroluq Yeni Nəsil Döyüş Təyyarəsi (FCAS) proqramını dayandırmaq barədə razılığa gəliblər.

Telexeber.az xəbər verir ki, Almaniya xəbər agentliyi DPA-nın hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, qərar Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makronun Monteneqroda keçirilən Avropa İttifaqı–Qərbi Balkanlar zirvəsi çərçivəsində görüşündən sonra verilib. Bildirilir ki, aylarla davam edən fikir ayrılıqları, texniki məsələlər və şirkətlərarası rəqabət layihənin dayandırılmasına səbəb olub.
Məlumata görə, Fransa nüvə silahı daşıma qabiliyyəti və təyyarədaşıyanlara uyğun dizayn tələb edərkən, Almaniya layihənin əməli və strateji məqsədəuyğunluğunu sual altına alıb. Bu fikir ayrılıqları Airbus və Dassault Aviation şirkətləri arasındakı rəqabətlə daha da dərinləşib.
Популярный ролик