Alban nazirin görüntüləri müzakirələrə səbəb oldu

Albaniyanın Baş naziri Edi Rama qorunan təbiət ərazilərində planlaşdırılan lüks turizm layihəsinə etiraz edən sosial media fenomenlərini lağa qoyub.

Telexeber.az xəbər verir ki, etirazlardan sonra Rama İnstaqram hesabında özünün süni intellektlə hazırlanmış videosunu paylaşaraq onu tənqid edən şəxsləri ələ salıb. Paylaşımda Baş nazirin qeyri-adi şəkildə təsvir olunduğu video diqqət çəkib və o, paylaşımına “Bunu kim edibsə, afərin” sözlərini yazıb. Baş nazir iddia edib ki, sosial media fenomenləri vergi ödəmədən diqqət çəkən məzmun istehsal edirlər. Baş nazir özünün “onlar kimi təsvir edildiyi” video ilə fenomenləri ələ salıb. Məlumata görə, etirazlar Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli lüks turizm layihəsi ilə bağlıdır. Albaniya hökuməti isə bu investisiyanın ölkəyə lüks turizm gətirəcəyini bildirir.
Lakin sosial şəbəkələrdə və ictimaiyyətdə layihəyə qarşı etirazlar davam edir.
Популярный ролик