O, möhtəşəm insandır - Tramp Ərdoğandan danışdı

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında diqqətçəkən fikirlər səsləndirib.

Telexeber.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə lideri ilə münasibətlərinə də toxunub. Müxbirin Türkiyə ilə bağlı sualına cavab olaraq ABŞ lideri, “O, mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Mən onu sevirəm. O, möhtəşəm lider və çox güclü insandır. O, mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan əlavə, bizim yaxşı dostluğumuz var” - deyə bildirib.
Популярный ролик