Məsud Pezeşkian xəbərdarlıq etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

“Bu vəziyyətdən çıxmaq zəruridir. Müharibə qətiyyən ölkənin maraqlarına uyğun deyil. Lakin bu, o demək deyil ki, əgər onlar bizim şərəfimizi tapdalamağa və ya torpaqlarımıza və suverenliyimizə təcavüz etməyə cəhd etsələr, təslim olacağıq və ya geri addım atacağıq. Bu məsələdə heç bir halda güzəşt olmayacaq”.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkiyan bu sözlərlə ABŞ-yə xəbərdarlıq edib.
O, həmçinin, ABŞ və İsrailin ərəb və müsəlman ölkələrini Tehrana qarşı qızışdırma siyasətinin uğursuzluğa düçar olduğunu bildirib.
“Onların həyata keçirdiyi ikinci siyasət tam olaraq ərəb və müsəlman ölkələrini biz iranlılara qarşı qızışdırmaq üzərində qurulmuşdu. Lakin bu vəziyyət hazırda həyata keçirilən siyasətlər və liderimizin izlədiyi strategiyalar sayəsində boşa çıxarılır. Bu, region ölkələrinin Amerika və İsraildən uzaqlaşmasını təmin edir və bu proses davam edir.” - deyə İran prezidenti qeyd edib.