Putinin tənqidçisi olan rəssamın qətli araşdırılır
Facebook
Вконтакте
Одноклассники
Google+

Polşa polisi Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçisi olan rusiyalı rəssamın qətli ilə bağlı araşdırmaya başlayıb.
Telexeber.az xəbər verir ki, Polşa prokurorluğunun məlumatına görə, rəssam Semyon Skrepetski təxəllüsü ilə tanınan Robert Kuzovkov bazar ertəsi səhər Belarus sərhədindən təxminən 40 kilometr aralıda yerləşən Biała Podlaska şəhərində güllələnərək öldürülüb.
44 yaşlı rəssam şəhərdəki avtomobil dayanacağında baş, sinə və kürək nahiyəsindən beş güllə yarası alıb. Hadisə Belarus konsulluğundan təxminən 600 metr məsafədə baş verib.
Polis hadisə ilə əlaqədar yaşı 33 və 37 olan iki Belarus vətəndaşını saxlayıb. Onların insidentdəki rolu araşdırılır. Bu barədə Lyublin dairə prokurorluğunun sözçüsü Marçin Kozak məlumat verib.
Robert Kuzovkov 2021-ci ildə Rusiyanı tərk etdikdən sonra Polşada siyasi sığınacaq almışdı. O, Rusiyada cinayət təqibi ilə üzləşəcəyindən ehtiyat edirdi. Skrepetskinin həyat yoldaşı və beş övladı Polşada yaşayır.