Oteldə utancverici olay - Qarşı binadan hər şey göründü

Parisdə iki avstraliyalı turist otel otağında yanlış anlaşılma səbəbindən utandırıcı vəziyyətlə üzləşiblər.

Telexeber.az xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə yerləşən bir hoteldə baş verib. Turistlər otağın pəncərəsinin buzlu (mat) şüşə olduğunu zənn edərək heç bir məhdudiyyət olmadan hərəkət ediblər. Onlar otaqda çılpaq gəziblər. Lakin daha sonra pəncərənin əslində şəffaf olduğu və qarşı binadakı inşaat işçilərinin onları rahatlıqla gördüyü məlum olub.
Hadisə qarşı binadakı işçilərin onlara əl edərək diqqət çəkməsi ilə üzə çıxıb. Hadisə sosial mediada müzakirələrə səbəb olub.
Популярный ролик