"İranla memorandum Konqresdə müzakirə olunsun" - Tramp
Facebook
Вконтакте
Одноклассники
Google+

Tramp İranla mümkün razılaşmanı Konqresə təqdim edə bilər.
Telexeber.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla hazırlanmış memorandumun Konqresdə müzakirəyə çıxarılmasına hazır olduğunu bəyan edib.
O, bunu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü zamanı bildirib.
Tramp sənədin Konqresə təqdim olunması ideyasını müsbət qarşıladığını deyib. Bununla belə, memorandumun qanunverici orqana nə zaman göndəriləcəyi açıqlanmayıb.
ABŞ lideri köməkçilərinə müraciət edərək sənədin Konqresə təqdim olunmasını istəyib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif daha əvvəl ABŞ və İran arasında razılaşma əldə edildiyini bildirmişdi. Onun sözlərinə görə, razılaşmanın iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulur. Tərəflərin hərbi əməliyyatların dayandırılması məsələsində də razılığa gəldiyi qeyd olunur.