İran Hörmüz boğazında gəmiyə hücum edib - ABŞ

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında yük gəmisinə hücum edib.

Telexeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri ABŞ-ın iki yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Sinqapur bayrağı altında üzən yük gəmisi cümə axşamı günü Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb. Lakin gəminin zədələndiyi bildirilir. bHücumun detalları və dəyən ziyanın həcmi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi strateji nəqliyyat marşrutlarından biri hesab olunur.
Популярный ролик