Fransa istiləri: Xəstəxanalara 3 minə yaxın müraciət qeydə alındı
Facebook
Вконтакте
Одноклассники
Google+

Fransada müşahidə olunan kəskin isti hava dalğası ölkə üzrə təsirini davam etdirir. Xüsusilə paytaxt Paris və ətraf əraziləri əhatə edən İle-de-Frans bölgəsində son 24 saat ərzində xəstəxanalara təxminən 3 min nəfər müraciət edib.
Telexeber.az xəbər verir ki, Fransanın Milli Meteorologiya Xidməti Meteo-France-ın yaydığı məlumata görə, ölkədə ekstremal istilər səbəbindən Paris və ətraf vilayətlər də daxil olmaqla 37 vilayətdə qırmızı, 48 vilayətdə isə narıncı təhlükə xəbərdarlığı qüvvədədir.
Meteoroloqların proqnozuna əsasən, qırmızı xəbərdarlıq elan olunan bölgələrdə havanın temperaturu 42 dərəcəyədək yüksələcək.
Bununla yanaşı, ölkənin 34 vilayətində gözlənilən güclü fırtına riski ilə əlaqədar da narıncı xəbərdarlıq elan olunub.
Səlahiyyətli qurumlar əhaliyə zərurət olmadıqca günün ən isti saatlarında çölə çıxmamağı, bol maye qəbul etməyi və yaşlılar, uşaqlar, eləcə də xroniki xəstəliyi olan şəxslərə xüsusi diqqət göstərməyi tövsiyə ediblər.