İsrail Livanda yeni əməliyyata başladı
Facebook
Вконтакте
Одноклассники
Google+

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Cənubi Livanda növbəti hərbi əməliyyatların planlarını təsdiqləyib.
Telexeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Eyal Zamir Şimal Komandanlığının qərargahına səfər edərək əməliyyat vəziyyətini qiymətləndirib, briqada komandirləri ilə müzakirələr aparıb və Cənubi Livanda əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.