Media: ABŞ–İran atəşkəsi təhlükə altında
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının pozulma ehtimalı artır.
Telexeber.az xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, son günlər tərəflər arasında gərginlik yenidən yüksəlib və bu, yaxın günlərdə keçirilməsi planlaşdırılan danışıqların taleyini sual altına salıb.
Məlumata əsasən, şənbə günü ABŞ və İran arasında növbəti qarşılıqlı hücumlar baş verib və toqquşmalar bazar günü də davam edib.
Nəşr vəziyyəti "atəşkəsdən daha çox atəş" kimi qiymətləndirib.
Gərginliyin yenidən alovlanmasının əsas səbəblərindən birinin 10 gün əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunun fərqli şəkildə şərh olunması olduğu bildirilir. Xüsusilə, tərəflər arasında Hörmüz boğazı ilə bağlı öhdəliklərin icrası məsələsində fikir ayrılıqlarının yarandığı qeyd edilir.
Mövcud vəziyyət fonunda çərşənbə axşamı İsveçrədə ABŞ və İranın texniki nümayəndə heyətləri arasında keçirilməsi planlaşdırılan növbəti danışıqların baş tutub-tutmayacağı hələ də qeyri-müəyyəndir.