Şimali Koreya və Finlandiyanı cəmi bir ölkə ayırır
Facebook
Вконтакте
Одноклассники
Google+

Finlandiya ilə Şimali Koreyanın bir-birindən çox uzaqda yerləşməsinə baxmayaraq eyni ölkə ilə sərhəd olması maraqlı coğrafi faktlardan biridir.
Telexeber.az xəbər verir ki, bu iki ölkəni birləşdirən əsas səbəb dünyanın ən böyük dövlətlərindən biri olan Rusiyanın nəhəng ərazisidir. Rusiya Avropadan Asiyaya qədər uzandığı üçün Finlandiya onun qərb, Şimali Koreya isə şərq sərhədində yerləşir. Məlumata görə, Finlandiya ilə Rusiya arasındakı sərhədin uzunluğu təxminən 1340 kilometrdir. Şərqdə isə Rusiyanın Şimali Koreya ilə cəmi 17,3 kilometrlik quru sərhədi var.
Bu kiçik sərhəd Tumen çayı boyunca yerləşir və iki ölkəni birləşdirən Dostluq dəmiryolu körpüsü də burada yerləşir.
Beləliklə, Finlandiya sərhədindən Rusiyanın ərazisi boyunca hərəkət edən şəxs başqa ölkəyə keçmədən Şimali Koreya sərhədinə qədər gedə bilər.