Ukrayna hökuməti istefaya göndərildi

Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun tutduğu vəzifədən istefasını dəstəkləyib.

Telexeber.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, qərarın lehinə 258 deputat səs verib.


Bu qərar eyni zamanda hökumətin bütöv tərkibdə istefaya göndərilməsi deməkdir.

Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi.

O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı.
Популярный ролик