Venesuelada ölənlərin sayı açıqlandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 min 346 nəfərə yüksəlib.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət orqanları dağıntılar altından çıxarılan cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə vətəndaşlara DNT nümunəsi təqdim etmələri ilə bağlı çağırış edib.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, son açıqlamadan sonra ölənlərin sayı daha 68 nəfər artaraq 5 min 346-ya, xəsarət alanların sayı isə 16 min 740 nəfərə çatıb.
Yerli mətbuatın yaydığı məlumata görə, Venesuela hökuməti zəlzələlər zamanı həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün könüllülərdən DNT nümunələri təqdim etmələrini xahiş edib.
Milli Məhkəmə -Tibbi Ekspertiza və Kriminalistika Xidməti (Senamecf) ilə Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilib ki, yaxınlarının zəlzələdən ən çox zərər görmüş La Quayra ştatında və ya paytaxt Karakasdakı Bello Monte morqunda ola biləcəyini ehtimal edən ailələrdən şəxsiyyətin müəyyənləşdirilməsi prosesinin həyata keçirilməsi üçün DNT nümunəsi vermələri istənilib.