Türkiyəli qadın açıq-saçıq geyiminə görə təyyarəyə buraxılmadı - FOTOLAR
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da yaşayan türkiyəli bodibilder Dəniz Saypınar paltarı ədəbsiz olduğu üçün Texas Hava limanından Mayamiyə uçan təyyarəyə buraxılmayıb.
Telexeber.az xəbər verir ki, bu barədə D.Saypınar instaqram səhifəsində paylaşım edib. Video çəkərək başına gələnləri danışan idmançı göz yaşlarını saxlaya bilməyib:
“İslam ölkəsindən köçdüm. Çünki qadınlar, ikinci ya da üçüncü sırada sinifsiz şəkildə yaşayırdı. Ancaq burada da eyni şey baş verir. İncimişəm. ABŞ-da, rəsmən ABŞ-da bu şortiki geyindiyim üçün təyyarəyə buraxılmadım.
Mən qadınam və qadınlığımı göstərməyi sevirəm. Nə geyinəcəyimi biləcək qədər mədəniyəm” – idmançı söyləyib.