Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü

Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü


İranın Qərbi Azərbaycan vilayətinin Poldəşt rayonunda toy məclisində 40 nəfər spirtli içkidən zəhərlənib.

Unikal.org xəbər verir ki, vilayətin təcili tibbi mərkəzinin fövqəladə hallar üzrə rəsmisi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 1-i ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

Ötən il Qərbi Azərbaycan vilayətində spirtli içkilərdən 48 nəfər zəhərlənib.
Популярный ролик