Ermənistan parlamentindəki tribunaya yerləşdirilən qondarma “Artsax respublikası”nın bayrağı endirilib.
Telexeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hakim Vətəndaş Razılaşması Partiyasının deputatı Vahaqn Aleksanyan tribunaya yaxınlaşaraq, Seyran Ohanyanın qaldırdığı qondarma “Artsax” bayrağını endirib. O bildirib ki, keçmiş müdafiə nazirləri 30 ildir bayrağı doğru yerə qoymaq əvəzinə soyğunçuluqla məşğul olublar. O, müxalifətin çıxışını cəfəngiyyat adlandırıb.