Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən istefasının səbəbini açıqladı

Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən istefasının səbəbini açıqladıBir gün əvvəl Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü postunu tərk edən Vahid Ələkbərov istefasının səbəbini açlqlayıb.

Telexeber.az xəbər verir ki, məlumatı TASS yayıb.
"Böyük Britaniya və Avstraliyanın mənə qarşı sanksiyaları şirkətin inkişafına mane olur. Sanksiyalar "LUKOYL"un özünə deyil, şəxsən mənə aiddir. Ona görə də şirkətin fəaliyyətindən uzaqlaşmaq qərarına gəldim. Bu gün şirkət mənimlə heç bir şəkildə bağlı deyil. Məndə səhmlərə nəzarət paketi yoxdur, ona görə də şirkət sakit şəkildə inkişaf edə bilər”, - Ələkbərov deyib.

O əlavə edib ki, Rusiyanı tərk etməyi planlaşdırmır və sosial layihələrlə məşğul olmağa davam edəcək.

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.
Популярный ролик