İranda generalın oğlu qətlə yetirildi
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Silahlı Qüvvələrinin elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Sistan-Bəlucistan əyalətindəki bölmələrindən birinin komandan müavini, general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.
Telexeber.az xəbər verir ki, Mahmud Absalan əyalətin administrativ mərkəzi Zahedan şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yaxınlığından keçən avtomobildən atəşə tutulub.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Hücum nəticəsində ondan başqa heç kimin xəsarət almadığı bildirilir.
Mahmud Absalan həm də İslam İnqilabı Keşikçiləri Korpusunun generallarından birinin mühafizəçisi olub.