Moldovada vəziyyət gərginləşdi: Rusiyameyilli qüvvələr...

Moldovada vəziyyət gərginləşdi: Rusiyameyilli qüvvələr...Moldova Prezidenti Maya Sandu rusiyameyilli qüvvələrin nəzarəti altındakı Dnestryanı bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Telexeber.az xəbər verir ki, bu barədə Moldova prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Dnestryanı bölgənin Qriqoriopol rayonunun Mayak kəndinin regional radio mərkəzinin iki antenasını partladıblar. Ötən gün isə bölgədəki separatçı rejimin “təhlükəsizlik xidməti”nin binasına əl qumbarası atılıb. Xəsarət alan olmayıb.

Qeyd edək ki, Moldova rusiyalı komandanın açıqlamaları ilə bağlı Moskvaya nota verib.

1990-cı ildə Moldovanın ərazisi olan Dnestryanı bölgə Rusiyanın dəstəyi ilə təktərəfli müstəqilliyini elan edib.
Популярный ролик