Putin Şoyqunun üstündən “xətt çəkdi”: Kremlin ən etibarlı adamını indi sayan yoxdur
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya daha güvənmir.
Telexeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb. Bildirilir ki, Ukraynadakı uğursuzluğa görə, Şoyqu Putinin gözündən düşüb. Putin hesab edir ki, Şoyqu Ukraynadakı hərbi əməliyyatları doğru idarə edə bilməyib.
Bildirilir ki, Putin müharibə barədə gündəlik məlumatları Şoyqudan deyil digər ordu komandanlarından alır. Britaniya kəşfiyyatı iddia edir ki, hərbi nümayəndələr etibarını itirən Şoyqunu lağa qoyur.