Baltikyanı ölkələr sərhədlərini Rusiya vətəndaşları üçün bağladı
Facebook
Вконтакте
Одноклассники
Google+
Baltikyanı ölkələr sərhədlərini Rusiya vətəndaşları üçün bağlayıb.
Telexeber.az xəbər verir ki, bundan sonra rus vətəndaşları Litva, Latviya və Estoniyaya səfər edə bilməyəcək. Məlumata görə, Baltikyanı ölkələr Ukrayna müharibəsinə görə belə qərar verib. Bildirilir ki, Baltikyanı ölkələrə daxil olmaq istəyən bir neçə rus artıq geri göndərilib.
Qeyd edək ki, Avropa Birliyi Rusiya vətəndaşları üçün vizaların verilməsi barədə güzəştləri ləğv edib. Ruslar Avropa Birliyi ölkələrinə səfər edə bilmək üçün əlavə sənədlər təqdim edir.