ABŞ Prezidenti Co Bayden İan qasırğasının dağıntılara səbəb olduğu Floridaya gedib.
Telexeber.az xəbər verir ki, Bayden burada yerli sakinlər qarşısında çıxış edib. O, jurnalistlərin suallarını cavablandırıb. Ardınca üzünü arxa tərəfə çevirən Bayden yerli bələdiyyə sədri ilə söhbət edib. Mikrofonun açıq olduğunu unudan Bayden, söyüşlü ifadələrlə “Heç kim Bidenlərə qarşı çıxa bilməz” deyib.
Yerli bələdiyyə sədri isə gülümsəyərək “Bəli qəti şəkildə elədir” deyə cavab verib.