Diqqətlərin Qətərdə olmasından istifadə edib dəhşətli əmələ imza atdılar - Belə qərar görülməyib
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanında 12 nəfər dəhşətli üsulla edam edilib.
Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatı “Reprieve” açıqlama yayıb. Bildirilir ki, narkotik məsələlərinə görə günahlandırılan 12 nəfərin başı qılıncla kəsilib. Məlumata görə, Səudiyyə Ərəbistanı dünyanın diqqətinin Qətərdə keçirilən dünya çempionatında olmasından istifadə edərək, belə edam həyata keçirib. İddia edilir ki, təkcə bu il Səudiyyə Ərəbistanında azı 81 nəfər edam edilib.
Qeyd edək ki, bundan əvvəl beynəlxalq təşkilatların etirazından sonra krallıq yüngül cinayətlərə edam cəzasının tətbiq edilməyəcəyi barədə vəd verib.