Ukraynada qalan Türkiyəyə məxsus 2 təyyarə geri dönür
Facebook
Вконтакте
Одноклассники
Google+
10 aydır Ukraynada qalan Türkiyəyə məxsus 2 ədəd təyyarə qayıdır.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi Kayseriyə qayıdır.
Qeyd edək ki, təyyarələr fevralın 23-dən bəri Ukraynadadır.