Xəbərdarlıq: Regionda güclü partlayış baş verəcək - Sunami hər yeri xarabalığa çevirəcək
Facebook
Вконтакте
Одноклассники
Google+
Egey dənizində yerləşən Santorini adasındakı yanardağda və dənizin altındakı maqma təbəqəsində fəallıq müşahidə edilib.
Telexeber.az xəbər verir ki, ABŞ-dan və Yunanıstandan olan alimlər Egey dənizində baş verən güclü zəlzələdən sonra dənizin dərinliyində 3 kilometri əhatə edən maqma təbəqəsində araşdırma aparıb. Elm adamları hesab edir ki, yaxın 150 ərzində yanardağda şiddətli partlayışlar müşahidə ediləcək.Alimlərin qənaətinə görə partlayış nəticəsində güclü sunami olacaq və bu ciddi fəlakətə yol aça bilər. Elm adamları maqma təbəqəsindəki hərəkətliliyin mütəmadi müşahidə altında saxlanılmasını tövsiyyə edib.
Qeyd edək ki, Yunanıstanın nəzarətində olan Santorini adası Türkiyənin Muğla vilayəti sahillərindən bir neçə kilometr məsafədə yerləşir.