Türkiyənin Bayraktar TB2 PUA-larını ixrac etdiyi ölkələrin sayı 27-ə çatıb.
Telexeber.az xəbər verir ki, türk PUA-larının ixrac edildiyi ölkələrin sayının artması Türkiyə mediasında bu silahlardan Ankaraya və ya onun müttəfiqlərinə qarşı istifadə oluna biləcəyi barədə sualları gündəmə gətirib.
“Baykar" İdarə Heyətinin sədri Səlcuq Bayraktar bildirib ki, bu mümkün deyil. Onun sözlərinə görə, PUA-ların proqramlaşdırılması Türkiyə tərəfindən həyata keçirildiyi üçün onlardan Ankaranın özünə qarşı istifadə edilməsi mümkün deyil. Üstəlik Türkiyə bu silahları strateji müttəfiq hesab etdiyi ölkələrə satır.